access_time Dərc olunub: 17:54
"Qarabağ" növbəti qələbəsini qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turuna start verilib.
TİA.AZ xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə "İnter” doğma meydanda "Qarabağ”ı qəbul edib. Matçın ilk hissəsində hesab açılmayıb.
Görüşün fovariti sayılan "Qarabağ” ikinci hissənin sonlarında hesabı açmağa nail olub. Oyunun 85-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu dublunu rəsmiləşdirib.
Beləliklə, oyun "Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turun növbəti oyunları çərçivəsində oktyabrın 14-də "Zirə” klubu "Kəpəz”i, "Sumqayıt” komandası "Qəbələ”ni, ertəsi gün isə "Səbail” "Neftçi”ni qəbul edəcək.

Şərhlər