access_time Dərc olunub: 13:04
Prosineçki: "Mənə heç bir təklif gəlməyib"

TİA.AZ qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki Bosniya və Hersoqovina yığmasınını çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Xorvatiyalı mütəxəssis Bosniya və Hersoqovinanın "Mondo.ba" nəşrinə açıqlamasında federasiyadan təklif almadığını bildirib:

"Bu sual mənə ikinci dəfə verilir. Ancaq mən də bunu yenicə eşitmişəm. Heç bir şeydən xəbərim yoxdur. Mənə heç bir təklif gəlməyib".

Qeyd edək ki, millimizlə müqaviləsi dekabrda başa çatacaq 48 yaşlı mütəxəssis böyük ehtimalla yığmamızdan ayrılacağını açıqlayıb. 

Şərhlər