access_time Dərc olunub: 10:20
“Neymara “Qızıl top”u qazanmaq üçün kömək edəcəyik”

PSJ-nin baş məşqçisi Unai Emeri Neymarın “Qızıl top”a namizəd olması haqda danışıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis braziliyalı forvardın gələcəkdə bu mükafata sahib çıxacağına inanır:

“Biz onun üçün yaxşı olmasını istəyirik. Neymara “Qızıl top”u qazanmaq üçün kömək edəcəyik. Hazırda dünyada güclü futbolçuların sayı çoxdur. Zaman keçdikcə Neymar daha güclü olacaq. İnanıram ki, tezliklə o, bu mükafata sahib çıxacaq”. 

Şərhlər