access_time Dərc olunub: 14:13
Xədicə İsmayılovanın şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

TİA.AZ APA-ya istinadən xəbər verir ki, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort