access_time Dərc olunub: 19:04
"Gazelli"nin anbarındakı yanğın söndürüldü - VİDEO

"Gazelli Group”da baş verən yanğın söndürülüb.

Bunu "Gazelli Group”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı deyib.

O bildirib ki, təxminən 1 saat əvvəl şirkətə məxsus anbarların birində qısaqapanma baş verib. Yanğının qarşısı tez bir zamanda alınıb: "Nəticədə insanların səhhətinə və anbarda saxlanılan məhsullara ziyan dəyməsinin qarşısı alınıb”.

Şöbə müdirinin sözlərinə görə, yanğın nəticəsində insanların xəsarət alması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

***

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində anbarda yanğın başlayıb.

Nazirlikdən  verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb. Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Hadisə ilə bağlı FHN-dən faktı təsdiq edərək bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.

Şərhlər