access_time Dərc olunub: 14:16
"Telefonunda əxlaqsız mesajlar..." - Lənkərandakı olayın təfərrüatı

Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb.

Dia.az publika.az-a istinadən xəbər verir ki, hadisə Şovu kəndində baş verib.
Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib.

Lənkəran rayon Şovu kənd sakini Rəşad Nüsrətovun qardaşının həyat yoldaşı Bahar Məmmədovaya bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum olub.

Hadisəyə səbəb B.Məmmədovanın telefonundakı mesajlar olub:

R.Nüsrətov B.Məmmədovanın telefonunda əvvəl qonşuları olmuş, heç bir qohumluq əlaqələri olmayan bir kənd sakininin nömrəsini görüb. Yad kişinin nömrəsinin onda nə üçün olduğunu soruşub. Telefona baxanda həmin şəxsdən qadına əxlaqsız məzmunlu mesajların göndərildiyini görüb. Buna görə də aralarında münaqişə başlayıb. Münaqişə zəminində o, qardaşının həyat yoldaşını bıçaqlayıb.

R.Nüsrətovun qardaşı isə hazırda Rusiyadadır. Sakinlər deyir ki, o işlədiyi üçün ilin bəzi aylarını Rusiyada olur.

Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort