HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR – ÖZƏLbackend

HADI RƏCƏBLİNİN QARDAŞININ “MAYAK”I BATIR – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Hadı Rəcəblinin Lənkəranda yerləşən “Mayak” otel-restoranı batmaqdadır. TİA. Az-ın xəbərinə görə, H. Rəcəblinin qardaşı, rayonun maliyyə rəisi İqbal Rəcəbov tərəfindən idarə edilən obyekt açıldığı gündən müştəri üzünə həsrət qalıb, pandemiyada isə daha da müflisləşib. Otel və restoran rayonun qədim tarixi binasında yerləşir və uzun illər Lənkəranın uşaq xəstəxanası kimi fəaliyyət göstərib. Rəcəblilər tərəfindən bina özəlləşəndən sonra alt mərtəbəsi H. Rəcəblinin səhm payı olan “Zaminbank” ın yerli filialı, üst mərtəbə isə restoran və hotel kimi istifadə edilib.

Lakin devalvasiya dönəmində bankın lisenziyası ləğv olundu və bağlandı, nəticədə indiyə qədər həmin mərtəbə istifadəsiz qalıb. Hətta Rəcəblilər bankın filialı olmuş yeri arendaya verməyə hazırdırlar. Yuxarı mərtəbə – “Mayak” hotel isə iflas həddindədir. Qeyd edək ki, H. Rəcəblinin daha bir məşhur obyekti “Palıdlı Sahil” istirahət mərkəzidir. Bu yaxınlarda həmin ünvanda gizli toy keçirilməsi aşkarlanmışdı.

TİA.AZ