Tribuna İnformasiya Agentliyi

Hadı Rəcəbli: “Son dövrlərdə qadınların siqaretə marağı artıb”

14 Aprel

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini müzakirəyə təqdim edib. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini müzakirəyə təqdim edib.

TİA.AZ xəbər verir ki, komitə sədri Azərbaycanda qadınların siqaretə marağının artdığını söyləyib: “Bu göstərici hətta bir faizə çatıb”.

Komitə sədri bildirib ki, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər. Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir.

Deputat Tahir Kərimli təklif edib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da siqaretin üzərində zərərinin təsviri əks olunsun.

Deputat Musa Quliyev isə 10-cu maddədə sanatoriya və xəstəxanalarda siqaret üçün qapalı yerlərin ayrılmasına etiraz edib:

“Əgər xəstə və həkimlərə siqraet çəkmək üçün şərait yaradırıqsa, o zaman bu qanunu niyə qəbul edirik?”.

Deputat bildirib ki, Azərbaycan gec-tez siqaret üçün qapalı yerlərdən də imtina ediləcək.

M.Quliyev qanun layihəsi ilə bağlı sanksiyalar da təklif edərək deyib ki, əgər hər hanası müəssisə tələbi pozarsa, onun lisenziyası ləğv olunsun.

Deputat Tahir Rzayev isə çıxışında bildirib ki, qanunda anlayışların ifadəsi daha dəqiq verilməlidir.

Deputat Rüfət Quliyev isə qanun layihəsinin leyihə olsa da, bunun sırf Rusiya modelindən götürüldüyünü söyləyib:

“Burada çox sərt qadağalar var. Axı siqaret çəkənin də hüquqları nəzərə alınmalıdır. Hər bir iaşə obyektlərində, müəssisələrdə siqaret çəkmək üçün yer ayrılmalıdır. Bundan başqa ən yaxşı antireklam o olardı ki, siqaret qutusunun zərində bir çox yazılar gizlədilsin. Bundan başqa, filtirsiz siqareti qəti qadağan eləmək lazımdır. Elm də sübut edib ki, filtirsiz siqaretin ziyanı filtirlidən 4 dəfə çoxdur”.

Deputat tütünə qarşı mübarizə vasitəsi kimi siqaretin satış qiymətinin qaldırılmasını da təklif edib.

Deputat Hikmət Məmmədov isə bildirib ki, siqaret böyük sosial bəladır və bu, narkomaniyanın başlanğıcıdır.

O, sulu qəlyanın da tütünün qadağan olunduğu yerlərdə qadağan olunnmasını təklif edib. H.Məmmədov siqaret çəkilməsi üçün qapalı yerlərin də tədricən ləğv edilməsinin tərəfdarı olduğunu bildirib.

Deputat Qənirə Paşayeva isə bildirib ki, qanun layihəsi cəmiyyət üçün çox lazımlıdır.

Q.Paşayeva da sulu qəlyanla bağlı məhdudiyyətin olmasını təklif edib.

Deputat İlham Əliyev müalicə müəssisələrində siqaret üçün qapalı yerlərin əleyhinə olduğunu bildirib:

“Mən seçkili orqana qədər Prezident Administrasiyasında çalışmışam. Sizə deyim ki, artıq 10 ildən çoxdur ki, Prezident Adminsitrasiyasında siaret çəkmək qadağan olub”.

İ.Əliyev təklif edib ki, Milli Məclisin foyesində siqaret çəkilməsi də qadağan edilsin:

“Bəzən Milli Məclisin birinci mərtəbəsində bəzi şəxslər, jurnalistlər, deputat köməkçiləri, sürücüləri və yaxud texniki işçilər siqaret çəkirlər. Bu doğru deyil. Oqtay müəllim, sizdən xahiş edirəm, Milli Məclisdə siqaret çəkilməsi də qadağan edilsin”.

Deputat Tahir Kərimli deyib ki, tütün məmulatları ilə bağlı problemlər bəşəri problemlərdir. Onun fikrincə, bu qanunun icrasının həyata keçirilmə forması da açıqlanmalıdır:

“18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsini tətbiq edilməlidir. Bu ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.

Deputat Musa Quliyev qeyd edib ki, qanun layihəsi əhəmiyyət daşıyır. Bununla belə o qeyd edib ki, qanunun icra mexanizmi olduqca çətindir. Deputat qeyd edib ki, bəzi ölkələrdə bu qanunun tətbiqi uğurlu, bəzisində isə uğursuz olub. Deputat təklif edib ki, qanunun hansı orqanlar tərəfindən icra ediləcəyi müəyyənləşdirilsin.

Hikmət Babayev isə qeyd edib ki, Azərbaycanda hər iki nəfərdən biri siqaret çəkir və bu qorxulu rəqəmdir:

“Amma sulu qəlyan haqda qanunda danışılmır. Sulu qəlyanı da qadağan etsək yaxşı olar. Çünki o da tütün məmulatlarından hazırlanır”.

Sonda spiker Oqtay Əsədov isə bildirib ki, sözügedən qanun layihəsi birinci oxunuşda qəbul olıunduğu üçün kimi təklifi varsa, yazılı formada ikuinci oxunmuş üçün təqdim edər.

Spiker Milli Məclisin növbəti plenar iclasının aprelin 25-də keçiriləcəyini söyləyib.

Daha sonra iclas başa çatıb.