backend

Hadı Rəcəbli jurnalistləri nədə qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Elektron mətbuatın günahıdır, biri verir, digərləri də götürüb yayır…

TİA.AZ xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Musavat.com saytına müsahibəsində deyib.

Deputat sözlərinin təhrif olunduğunu bildirib:

“Axı məni Prezident Administrasiyasına çağırmayıblar. Belə şeyə görə niyə çağırmalıdırlar, nə günah sahibiyəm? Bunlar hamısı təhriflərdir. Elektron mətbuatın günahıdır. Biri verir, digərləri də götürüb yayır. Hər iki halda mənim fikirlərim təhrif olunub və belə mübahisələr yaranıb. Mən bir daha demək istəyirəm ki, cəmiyyətin ən həssas qrup insanları ilə işləyirəm. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu həssas insanları qıcıqlandırmasınlar, mənim sözlərimi təhrif etməsinlər. Hadı müəllimin bir kəlməsini oynadırlar. Qıcıq yaratmaq istəyirlər, lap açığını deyək, hakimiyyətə qarşı rəy aşılamaq üçün. Hadı müəllim özü də həssas qrupdan çıxıb, fəhləlikdən gəlib, müəllim ailəsində böyüyüb. Mənim davranışımda tərbiyəsizlik, hörmətsizlik, yekəxanalıq olmayıb”.

Xatırladaq ki, millət vəkili Report.az-a müsahibəsində Qarabağ əlillərinə güzəşt edilməsi üçün səslənən fikirləri populizm adlandırmışdı.