Tribuna İnformasiya Agentliyi

Hacıqabul məktəbliləri “Ölkəmizi tanıyaq” aksiya-turuna qoşuldu

12 Noyabr

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları – rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə yola çıxdılar. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları – rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə yola çıxdılar.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Şəki-Zaqatala-Qəbələ marşrutu üzrə yola çıxdılar.

Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplandılar.Sonra Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ağac əkdilər.Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər.

Yola salma mərasimində rayon icra hakimiyyəti, təhsil, mədəniyyət şöbəsinin məsul işçiləri, valideynlər iştirak etdilər.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları bu gün Şəki şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Şəki-Zaqatala-Qəbələnin tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Mərasim başa çatdıqdan sonra Hacıqabullu məktəblilər avtobusla Şəkiyə yollandılar.