Hacıbala Abutalıbovun səhhətində problem yarandı: Almaniyaya aparıldıbackend

Hacıbala Abutalıbovun səhhətində problem yarandı: Almaniyaya aparıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Qaynarinfo-nun məlumatına görə, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

“Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”.