Tribuna İnformasiya Agentliyi

Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir – FOTOLAR

04 May

Məlum olduğu kimi, Hacıbala Abutalıbov Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə H.Abutalıbov baş nazirin müavini təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Hacıbala Abutalıbov Bakı meri postundan getsə də, paytaxtın icra başçısının xidməti maşını olan 10 AA 008 dövlət nömrə nişanlı, BMW markalı avtomobili təhvil verməyib. Belə ki, H.Abutalıbov hələ də həmin maşından istifadə edir.

Unikal.org-un əməkdaşı bu gün Nazirlər Kabinetinin qarşısındakı dayanan sözügedən avtomobilin fotolarını çəkib. Həmin fotoları təqdim edirik.