Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılırbackend

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır.

TİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, azərbaycanlı messenat Hacı Zeynalabdin Tağıyevin Böyükadadakı malikanəsi 3 milyon dollar civarında dəyərləndirilir.

Malikanənin 300-ə yaxın yaşı olduğu qeyd edilir.

Birinci dərəcəli tarixi abidə Osmanlı imperiyası dövründə tikilib, sonradan isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb.