Hacı Zeynalabdin Tağıyevin doğum günüdürbackend

Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

1838-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olan Tağıyevin anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edib. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 15 yaşından bənnalıq edən Tağıyev 20 yaşında artıq müəyyən qədər vəsait toplayaraq ev tikintisi və daşyonma işləri təşkil edir. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir.

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və mаnufakturaya sahib olur. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o, “Г. З. А. Тагиев” şirkətini yaradır.

Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər.

Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür, onun quyusu gözlənilmədən fontan vurur. Bununla da başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu olur. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir.

Hacı Zeynalabdin camaatın rahatlığı, onların dustaqlarının yanına gediş-gəlişini asanlaşdırmaq üçün Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir.

1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbini tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində yerləşir.

Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım olub. Zeynəb xanımdan onun iki oğlu (İsmayıl, Sadıq), bir qızı (Xanım) olmuşdu. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən kiçik bacı Sonanı görüb, bəyənib və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı- Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya və iki oğlu – Məhəmməd və İlyas olmuşdu. Məhəmməd “Dikaya diviziya”nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdü.

Rusiya imperiyası 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdən sonra yerli əhalinin xahişi, yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Tağıyev 1924-cü il sentyabırın 1-də 101 yaşında vəfat edib. Hacı Zeynalabdin “Məni Axund Hacı Turabın ayağı altında basdırın, çünki onun ayağı bildiyini mənim başım bilmir”, – deyə vəsiyyət edib.

 


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/