“Hacı” pivəsinin içində spirt var” – Diqqət!backend

 “Hacı” pivəsinin içində spirt var” – Diqqət!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay mövsümü başlayanda insanların sərinləşdirici içkilərə tələbatı artır. Xüsusilə spirtli içki olan pivənin məhz bu fəsildə populyarlığı gündəmə gəlir. Pivənin yaşı təxminən 4 min il əvvələ gedib çıxır. Bu içkinin Şumer reseptinə əsasən hazırlandığı deyilir.

Azərbaycanda isə pivə istehsalına ötən əsrin 60-cı illərindən başlanılıb. O zaman ölkəmizdə ilk və kiçik pivə zavodu Abşeronun Zığ qəsəbəsində fəaliyyətə başlayıb.

Daha sonra Xırdılanda istehsal gücü artıq olan yeni pivə zavodu tikilib istifadəyə verilib. Hazırda isə ölkəmizdə pivə istehsalı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Üstəlik ildən ilə yerli istehsal artır. Bununla yanaşı xaricdən də Azərbaycana pivə idxal olunur. İstehlakçılar daha çox yerli məhsula üstünlük versələr də, saxta pivələrin bazara daxil olması ilə bağlı da faktlar var. Məhsulun hazırlanmasının xüsusi texnalogiyası və standartları olduğu halda, bu göstəricilərə nəzarət etməyən xeyli müəssisələr var.

Bəs, əsl pivəni necə tanıya bilərik? Hansı pivələr keyfiyyətlidir? Hər gün 2-3 şüşə pivə içmək insan orqanizminə necə təsir edir?

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, isti havalar başlayandan pivələrlə bağlı şikayətlər artıb:

“Pivə qeyri-adi bir qıcqırtma məhsuludur. Əgər 1 ton pivənin içərisinə 1 stəkan qıcqırmış pivə atarsansa, o 1 ton pivənin hamısını xarab edə bilər. Bu baxımdan pivə satıcıları bu məhsulla çox diqqətli davranmalıdırlar. Uzun illər Azərbaycanda, xüsusilə bölgələrdə istehlakçıların görmədiyi 3 kran qoyulub. Biri su kranı, digəri köhnə, o birisi isə yeni pivə…İstehlakçının üzünə baxıb hansından lazımdırsa, ondan, bəzən də su ilə qarışdırıb verirdilər. Demək olar ki, indi bu hal azalıb”.

Saxta “NZS”-lər bazarda…

QHT rəhbəri istehlakçılara şübhəli pivələrlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə müraciət etmələrini tövsiyə edib:

“Ölkədə ciddi problemin biri “NZS” və “Azəri” pivələrinin saxta variantının olması ilə bağlıdır. Bakıda istehsal olunan “Azəri” pivəsinə insanların böyük tələbatı var. Amma “NZS” adı altında saxta pivə aldatmaları da mövcuddur.

Xüsusilə Xaçmazda və Cənub bölgələrində yalançı “NZS” adı altında saxta pivə istehsalı var. Təssüflər olsun ki, “NZS” və “Azəri” pivə zavodlarının öz mal brendlərinin qorunması ilə ciddi məşğul deyillər. Əsl pivə arpanın qıcqırtmasından əmələ gəlir. Arpa səməni halına gətirilir, sonra yeni fiqmentlər yaranır və onu qıcqırdıb pivəni alırlar. Qarğıdalı, buğda və digər bitkilərdən də pivəni almaq mümkün olur”.

“Pivə bazarı təmiz deyil”

Eyyub Hüseynov yerli pivəyə daha çox üstünlük gərəkdiyini əlavə edib:

“Xaricdən idxal olunan pivələrin yararlılq müddəti çoxdur. Bu isə o deməkdir ki, onların tərkibinə əlavə qatqı qatılır ki, biz hələ də bunu bilmirik. Bütün hallarda xaricin ən yaxşı brendindən də yerli, canlı pivə yaxşıdır. Digər məsələ “Hacı” pivəsi ilə bağlıdır. Rusiyanın və Azərbaycanda fəaliyyət göstərən “Baltika” pivə zavodunun direktoru bu günlərdə açıqlamasında bildirmişdi ki, həmin pivənin tərkibində spirt var. Sadəcə “Hacı” pivəsi adı altında insanlara satılır. Bir sözlə pivə bazarı o qədər də təmiz deyil və ciddi nəzarət olunmasına ehtiyac var”.

Eyyub Hüseynov Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının iyunun 24-də keçiriləcəyi iclasında pivə bazarındakı vəziyyətlə bağlı məsələ qaldıracağını da bildirib.