Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk iclasını keçirəcəkbackend

Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk iclasını keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə ilk iclası keçiriləcək.

TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.

“Bu, Rusiyanın hərbi cinayətlərinə beynəlxalq hüquqi qiymət vermək üçün ilk addım olacaq. Nəticəni bir neçə ay, bir il, hətta bir neçə il ərzində əldə edəcəyik. Çünki bu, ciddi fəaliyyətdir. Amma biz nəticəni Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətkarlara qarşı konkret hökmlərində görəcəyik”, – o bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan daha əvvəl Rusiyanın Ukraynaya hücumu ilə bağlı araşdırmanın başlanıldığını demişdi.