Tribuna İnformasiya Agentliyi

Həyatda qalmaq üçün 42 il ağac qabığı və ayaqqabı yeyən ailə (FOTOLAR)

01 Dekabr
Müharibədən qaçaraq, Rusiyanın Sibir əyalətinə köç edən Lyukov ailəsi həyatda qalmaq üçün 42 boyunca ağac qabığı və ayaqqabı yeyiblər.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, atası kommunistlər tərəfindən öldürülən Karp Lyukov ailəsini də götürərərk, Sibirin ucqar bir yerinə köçür. Köçərkən özləri ilə heç nə götürməyən ailə həyatda qalmaq üçün ov etməyi qərara alır. Lakin ov etməyi bacarmadıqları üçün kartof və çovdar əkirlər, amma sərt şaxta əkini məhv edir.
Karp Lyukov ailəsinin sağ qala bilməsi üçün özü ayaqqabılarını və ağac qabıqlarını yeyir. Həyat yoldaşı isə uşaqları aclıqdan ölməsin deyə, yemək yemir və bir müddət sonra aclıqdan dünyasını dəyişir.
Geyimlərini otlardan, ayaqqabılarını isə ağac qabıqlarından hazırlayan Lyukov ailəsi 42 il sonra təsadüfən geoloqlar tərəfindən tapılır.
Təbii ki, aradan 42 il keçdiyi üçün uşaqlar böyümüşdülər. Onlar bu vaxta qədər heç kəsi görmədiklərindən bu insanlardan qorxmağa başlayırlar. Arada münasibət yarandıqdan sonra geoloqlar onları gerçək dünyaya qayıtmaları üçün razı salmağa çalışır, lakin buna nail ola bilmirlər.
Zaman keçdikcə ailə üzvləri bir-bir vəfat edir. Sonda sadəcə ailənin kiçik övladı Aqafia Lyukov sağ qalır və alimlərin təkidlərinə baxmayaraq, o, evini tərk etmir.
İndi 75 yaşı olan Aqafia könüllülərin yardımı ilə dolanır və daxmasında it və pişiklərlə birgə yaşayır.