Tribuna İnformasiya Agentliyi

Hərbi təyyarələr Bakı səmasında

14 Sentyabr
Hərbi təyyarələr Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Bakıda uçuşlar keçirib.
TİA.AZ-ın məlumatına görə, uçuşlar əsasən paradın keçiriləcəyi “Azadlıq” meydanı və Bakı buxtasının üzərindən olub.
Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.
Qeyd edək ki, sentyabrın 15-də Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.