Tribuna İnformasiya Agentliyi

Hər kəs qocalır: Əyləncə, yoxsa təhlükə? (VİDEO)

19 İyul
Son günlər sosial şəbəkədə məşhurlar və sıravi insanlar arasında öz qocalıq şəklini paylaşmaq dəb halını alıb. “Face app” adlı proqram vasitəsilə 50-60 il gələcəyə getmək mümkündür.
ARB TV xəbər verir ki, xarici KİV nümayəndələrinin yaydığı məlumata görə isə proqramdan istfadə edənlərin şəxsi məlumatları oğurlanır.
Sakin: “İstifadə etmişəm. İnsan cavan olarkən qocalığnı görəndə məyus olur”.
Mütəxəssislər bildirillər ki, trendə çevrilən bu proqramdan istifadə edənlərin şəxsi məlumatları təhlükə altındadır. Gələcəkdə şifrə olaraq insanların üz görüntülərinin istifadə olunacağını nəzərə alsaq sözügedən proqramın istifadəçilər üçün nə qədər təhlükəli ola biləcəyini təsəvvür etmək çətin deyil.
Bu gün əyləncə kimi görünüb, sabah təhlükəli vəziyyət yarada biləcək bu cür proqramlar əslində gələcəyi düşünənlərin beyninin məhsulu ola bilər. O məhsul ki, özünə minlərlə insanı cəlb edə bilib.