Tribuna İnformasiya Agentliyi

Hər 40 saniyəyə bir intihar düşür

11 Sentyabr

Dünya Səhiyyə Təşkilatı intihar hesabatı yayıb.Hesabata əsasən, hər il 800 min insan özünə qəsd edir, hər 40 saniyəyə bir intihar düşür.

Rəsmi açıqlamaya görə, intihar hallarına ən çox Qayana, Rusiya, Litva, Lesoto, Uqanda, Şri-Lanka, Hindistan, Yaponiya və Cənubi Koreyada rast gəlinir.

Sənəddə 2010-cu ildən 2016-cı ilə qədər intihar hallarının 9,8% azaldığı vurğulanır.

İntihar hadisələrinin 79%-nin aşağı və orta gəlirli ölkələrin payına düşdüyü bildirilir.

Rəsmi statistikaya görə, intihar 18-29 yaş arası gənclərin ölümündə ikinci əsas səbəbdir (birinci yerdə yol qəzalarıdır).