Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Talavera Bruce” həbsxanasında qadın məhbuslar arasında adlı gözəllik müsabiqəsi keçirilib.

Femida.az xəbər verir ki, bu il 13 qadın məhbus iştirak edib. Müsabiqənin məqsədi qadın məhbusların özünə inamını bərpa etmək olub. Məhbuslar podiumda yeriyərkən izləyici kimi qatılan ailələri də onlara dəstək verib.

13 qadın “Miss Talavera Bruce” adını qazanmaq üçün mübarizə aparıblar. Məhkumlar çimərlik və ziyafət geyimlərində tamaşaçılar qarşısına çıxıblar.

Gözəllik yarışının qalibi isə həbsxana nəzarətçisi və bir hakim tərəfindən təyin olunub.