Tribuna İnformasiya Agentliyi

Həbs edilən ukraynalı dənizçilər Moskvaya aparıldı – Lefortovoda cəza çəkəcəklər

30 Noyabr

3 dənizçinin xəstəxanada olduğu deyilir.

Noyabrın 25-də Kerç boğazında ələ keçirilən və Krım məhkəməsi tərəfindən həbs edilən 21 dənizçi bu gün Moskvaya – Lefortovo təcridxanasına aparılıb. 3 dənizçinin isə xəstəxanada olduğu deyilir.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Dojd telekanalına müsahibəsi zamanı İctimai Nəzarət Komissiyasının üzvü Koqerşin Saqiyeva deyib.

Saqiyevanın Lefortovoda məhbusları ziyarət etdiyi də deyilir.

Xatırladaq ki, dənizçilərlə yanaşı Kerç boğazında Ukraynanın 3 gəmisi də Rusiya tərəfindən saxlanılıb.