Tribuna İnformasiya Agentliyi

Həbs edilən rusiyalı senator – “Tərcüməçi çağırın, rus dilini zəif bilirəm”

30 Yanvar

Bu gün Rusiya Federasiya Şurasının iclasında həbs edilən Karaçayev-Çerkez Respublikasının senatoru Rauf Araşukov dindirilmə zamanı rus dilini zəif bildiyinə görə tərçüməçi tələb edib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, senator istintaq çərçivəsində tərçüməçi ilə təmin olunub.

O, əsasən qətldə və hakimiyyəti devirməyə çağırışda ittiham edilir.

Mənbə bildirir ki, Raufun həbsindən sonra onun atası, Qazprom”da müşavir vəzifəsində çalışan atası Raul Araşukov da Sankt-Peterburq şəhərində yaxalanıb.

Ona 30 milyard həcmində təbii qazın oğurlanması ittihamı irəli sürülüb.

Ata və oğulun onlara qarşı elan edilən ittihamlarla razılaşmadıqları deyilir.