Tribuna İnformasiya Agentliyi

Həbibin atası: Oğlumu cəzalandırmayacağam

10 Oktyabr

Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunu Konor Makqreqorla döyüşdən sonra baş vermiş insidentə görə cəzalandırmayacaq.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, A. Nurməhəmmədov veteran idmançılar, Olimpiya çempionları, klub prezidentləri ilə görüş zamanı bələ qərara gəldiyini bildirib.

“Oturduq, müzakirə etdik. Müdrik insanlar baş verənləri oğluma hətta xatırlatmamağı məsləhət gördülər. Əksəriyyətlə razılaşdım”, – deyə o vurğulayıb.