Tribuna İnformasiya Agentliyi

Həbib Nurmaqomedov “Diriliş Ertuğrul” serialına çəkilib

25 Dekabr

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurmaqomedov “Diriliş Ertuğrul” serialına çəkilib.

“Report”un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən, Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

“Sanki mən də mövzunun içindəyəm” deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Həbib Nurmaqomedov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.