Tribuna İnformasiya Agentliyi

Güzəştli evlərin təqdimatında BİABRÇILIQ – FOTO

07 May

Güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, 4 may 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.

İnterpress.az xəbər verir ki, görüşdə Mənzil İnşaatı Dövlət Agentliyinin və digər sözügedən qurumların nümayəndələrinin təhlükəsizlik papaqlarından (kaska) istifadə etmələri müzakirə mövzusuna çevrilib.

Belə ki, agentlik nümayəndələrinin mənzillərin içərisində təmirli otaqlarla tanış olan zaman başlarına “kaska” taxmaları ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Bununla da, agentliyin sözügedən mənzillərin nə qədər təhlükəli olduğuna dair subliminal mesaj verdiyi bildirilir.

TİA.AZ  sözügedən mənzillərdə “kaska”lı nümayəndələrin fotolarını təqdim edir: