Gürcüstanlıların əksəriyyəti AB və NATO üzvlüyünü dəstəklədi (SORĞU)backend

Gürcüstanlıların əksəriyyəti AB və NATO üzvlüyünü dəstəklədi (SORĞU)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanda keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti respublikanın Avropa Birliyinə və NATO-ya daxil olmasını dəstəkləyir. 
 
TİA.AZ xəbər verir ki, bunu ABŞ-ın Milli Demokratik Beynəlxalq Əlaqələr İnstitutu (NDI) Gürcüstan şöbəsinin 12 avqustda dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Respondentlərin 76%-nin ölkənin AB-yə daxil olmasını dəstəklədiyi bildirilir. Sorğu iştirakçılarının 11%-i bunun əleyhinə olub. Respondentlərin qalan 13%-i suala cavab verə bilməyib.
Xatırladaq ki, bundan bir qədər əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 2024-cü ildə Tiflisin respublikanın Avropa İttifaqına daxil olması üçün ərizə təqdim edəcəyini bildirmişdi.