Tribuna İnformasiya Agentliyi

Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri saxlanılıb

13 İyun

Birləşmiş Ştatlar prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inın Pxenyana səfər etməklə bağlı dəvətini qəbul edib, öz növbəsində o da, ABŞ-a getməyə razılıq verib

RİA “Novosti” xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Kim Çen In Trampı uyğun vaxtda Pxenyana səfərə dəvət edib, Tramp isə Kim Çen Inı ABŞ-a dəvət edib. Hər iki lider bir-birinin dəvətini məmnuniyyətlə qəbul edib”, — deyə məlumatda bildirilir.