Gürcüstanın ədliyyə nazirindən Saakaşviliyə maraqlı TƏKLİFbackend

Gürcüstanın ədliyyə nazirindən Saakaşviliyə maraqlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanın ədliyyə naziri Rati Breqadze sabiq prezident Mixail Saakaşviliyə məhkəməyə müraciət etməyi təklif edib.
“Bu ölkədə hamı bərabərdir və biz həmişə bu prinsipin keşiyindəyik… Heç kim öz keçmiş statusundan istifadə edə bilməz”, – deyə nazir sabiq dövlət başçısının həbsxana rəhbərliyi tərəfindən hüquqlarının pozulduğu barədə vəkillərin bəyanatlarına cavab verib.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti hazırda 50 günlük aclıq aksiyasından sonra müalicə üçün köçürüldüyü Qori hərbi hospitalındadır.
Nazirin sözlərinə görə, vəziyyətinin stabilləşməsi ilə bağlı tibbi rəy olan kimi Saakaşvili həbsxanaya qaytarılacaq.