Tribuna İnformasiya Agentliyi

Gürcüstanın baş naziri Putinə cavab verdi

10 İyul

Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.

TİA.AZ  xəbər verir ki, hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır.

M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub.

Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlər qəbuledilməzdir.

M.Baxtadzenin sözlərinə görə, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.