Gürcüstanda tamaşaçılar futbol oyunlarına buraxılacaqbackend

Gürcüstanda tamaşaçılar futbol oyunlarına buraxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti futbol üzrə çempionat oyunları zamanı tamaşaçıların stadionlara daxil olmasına icazə verib.

TİA.AZ xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili məlumat verib.

Eyni zamanda millət vəkili olan Kobiaşvili koronavirus pandemiyası səbəbindən boş tribunalar önündə baş tutan qarşılaşmalara artıq son qoyulduğunu söyləyib. Arenaya girişdə tamaşaçıların hərarətləri yoxlanılacaq və onlar təhlükəsizlik qaydalarına uyğun şəkildə stadiona buraxılacaq.

Qeyd edək ki, Gürcüstan çempionatında VI tur geridə qalıb.