Tribuna İnformasiya Agentliyi

Gürcüstanda seçki nəticələri açıqlandı: yeni prezident qadındır

29 Noyabr
Gürcüstanda keçirilən prezident seçkilərində bülletenlərin 98,76 faizi sayılıb.
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, MSK-nın açıqladığı məlumata görtə, seçki dairələrinin əksəriyyətində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib. Belə ki o, 59,61 faiz səs toplayıb. “Vahid Milli Hərəkat” partiyasının və “Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb.

 

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.