Tribuna İnformasiya Agentliyi

Gürcüstanda seçici aktivliyi rekord vurur – Ən az səs verən bölgə azərbaycanlılar yaşayan ərazidir

28 Noyabr

Gürcüstanda keçirilən prezident seçkiləriinin II turunda səs verənlərin sayı 688 min nəfəri keçib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının press-spikeri Anna Mikeladze saat 12:00 üçün 19,6% səs verildiyini elan edib.

Ən çox aktivliyin Ambrolauri rayonunda (25%), ən az səsvermənin isə Kvemo-Kartlidəki Tsalka rayonunda (12,2%) qeyd alındığı bildirilir.

Xatırladaq ki, seçkilərin 1-ci turunda seçici fəallığı 15,95% olub.

Prezidentlik uğrunda iki namizəd mübarizə aparır: hakim “Gürcü arzusu” blokunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze.

Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.

MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.