Tribuna İnformasiya Agentliyi

Gürcüstanda Qara dənizin sahilləri yenə də təhlükə mənbəyinə çevrilib

09 Sentyabr

Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, əhaliyə, xüsusən də turistlərə Qara dəniz sahillərində 3 ballıq qasırğa barədə xüsusi xəbərdarlıq edilib.

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti yayıb.

Bildirilir ki, Qara dənizdə dalğanın hündürlüyü 3 metrə çatacaq.

Batumidə xilasedicilər dəniz kənarında istirahət edən turistlərə xəbərdarlıq edir, insanları diqqətli olmağa, mümkün qədər dənizdən kənar qalmağa dəvət edirlər. İnsanlara dənizdə çimmək qadağan olunub.

Bu gün axşam saatlarından başlayaraq sentyabrın 12-dək Gürcüstanın qərb bölgəsində güclü yağış, külək olacaq, çaylarda suyun səviyyəsi qalxacaq, sürüşmə zonalarında aktivləşmə artacaq.