Gürcüstanda qadınlar azalırbackend

Gürcüstanda qadınlar azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Milli Statistika Xidməti demoqrafik hesabat açıqlayıb. Novator.az xəbər verir ki, 2018-ci il yanvarın 1-nə olan rəsmi bilgiyə əsasən, ötən il əhalinin sayı 0,1% artaraq 3 milyon 729 min nəfərə çatıb.

Məlumata görə, Gürcüstanda ötən il 5 min 471 nəfərlik təbii artım qeydə alınıb. Kişilərin sayı 0,3% artaraq 1 milyon 791 min nəfərə yüksəlib, qadınların sayı 0,1% azalaraq 1 milyon 938 min nəfərə düşüb.

Statistika Xidməti bildirir ki, Gürcüstan əhalisinin 48%-i kişilər, 52%-i qadınlardır. Kişilərin orta yaşı 35, qadınların orta yaşı 40-dır.

Rəsmi hesabatda əhalinin 58,3%-nin şəhərlərdə yaşadığı deyilir. Ölkə əhalisinin hər üç nəfərindən biri paytaxt Tbilisinin sakinidir.

2017-ci ildə Gürcüstandan 85 min 500 nəfər digər ölkələrə yaşamağa gedib, bu ölkəyə yaşamaq üçün isə 83 min 200 nəfər gəlib.