Tribuna İnformasiya Agentliyi

Gürcüstanda prezident seçkiləri – Yekun nəticə

29 Noyabr

Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

TİA.AZ-ın məlumatına görə, səslərin 100 faizi sayılıb.

Nəticələrə görə, S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.

Qeyd olunur ki, S.Zurabişviliyə 1,1 milyon seçici səs verib. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib.