Tribuna İnformasiya Agentliyi

Gürcüstanda mikro həbsxanalar yaradılacaq

20 Sentyabr

“Gürcüstanda yeniyetmələr üçün mikro həbsxanaların yaradılması ilə bağlı konsepsiya hazırlanır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bildirib.

Nazir deyib ki, 25 yeniyetmənin saxlanıldığı 11 saylı Reabilitasiya Mərkəzinin bağlanılması nəzərdə tutulub: “Bu müəssisə uğurlu olsa da, sistem digər istiqamətdə inkişaf etdirilməlidir və bu da yeniyetmələr arasında cinayətkarlığa qarşı mübarizədə çox önəmli olacaq”.