Tribuna İnformasiya Agentliyi

Gürcüstanda mədən qəzası: 4 işçi öldü, çoxlu sayda yaralı var

16 İyul
Gürcüstanın Tkibuli şəhərində yerləşən Mindeli kömür mədənində yenə qəza baş verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, faciə nəticəsində 4 mədənçi həyatını itirib, çoxlu sayda işçi isə yaralanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi 4 nəfərin ölümünü təsdiqləsə də yaralıların sayı barədə konkret rəqəm açıqlanmayıb.
Yerli media ölü sayının 10-a yaxın olduğunu yazıb.
Hazırda mədəndə xilasetmə işləri aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qeyd edək ki, iyunun 6-da da sözügedən mədəndə qəza baş vermiş və 6 mədənçi faciəvi şəkildə həlak olmuşdu. Bu səbəbdən Gürcüstanda 1 günlük matəm elan edilmişdi.