Gürcüstanda hakimiyyət və müxalifət razılığa gəldibackend

Gürcüstanda hakimiyyət və müxalifət razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Birliyi Şurasının sədri Şarl Mişel Gürcüstanda hakim və müxalif partiyalar arasında razılaşmanın əldə olunduğunu bildirib.
TASS xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində paylaşım edib.
Ş.Mişelin sözlərinə görə, hər iki tərəf Brüsselin təklif etdiyi daxili siyasi böhranın həlli planını qəbul edib.
Qeyd edək ki, bazar günü AB tərəfindən təklif olunmuş sazişə əsasən, hakim “Gürcü arzusu” partiyası payızda yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilərdə 43%-dən az səs toplayarsa, o zaman 2022-ci ildə növbədənkənar parlament seçkiləri keçiriləcək. Razılaşmaya görə, bir sıra müxalifət nümayəndələri, o cümlədən Nika Meliya və Georgi Rurua əfv olunacaq.
Xatırladaq ki, Gürcüstanda ötən ilin noyabr ayından bəri siyasi böhran davam edir. Müxalifət hakimiyyəti saxtakarlıqda ittiham edərək, parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edir.