Tribuna İnformasiya Agentliyi

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı artıb

25 Dekabr
Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ölənlərin sayı ikiyə çatıb.
TİA.AZ report-a istinadən verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Sergeenko bildirib.
Onun sözlərinə görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: “Hər iki şəxs yüksək risk qrupunda olub və təəsüüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb”.
D.Sergeenko deyib ki, qrip virusu ilə bağlı vəziyyət epidemiya səviyyəsinin yarısına çatıb: “Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq”.
Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Kimliyi açıqlanmayan 53 yaşlı qadın qrip virusundan vəfat edib.