Tribuna İnformasiya Agentliyi

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

03 Dekabr

Ötən ay Gürcüstanda inflyasiya 0,7% təşkil edib.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.

İllik inflyasiya isə 1,9% olub.

Noyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,4%, alkoqollu içkilər və tütünün qiyməti 0,6%, tərəvəzlərin qiyməti 5,7%, süd, pendir və yumurtanın qiyməti 3,3%, balıq və ətin qiyməti isə müvafiq olaraq 2,1% və 18,8% artıb. Meyvə və üzümün qiymətində isə 8,3% ucuzlaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, nəqliyyat xərcləri 3,8%, səhiyyə xərcləri 5,5%, alkoqollu içkilər və tütün 4,6%, kommunal xərclər isə 3,6% artıb.