Gürcüstan hökuməti bütün sərnişinlərin icbari şəkildə koronavirusa dair PCR testi arayışını təqdim etməsi qərarını ləğv edib.
TİA.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi – “Buta Airways” şirkətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, uçuşlar öncəki qaydalara əsasən həyata keçiriləcək.