Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilibbackend

Gürcüstana keçmək istəyən 180-dən çox rusiyalıya çağırış vərəqi verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.

Bu barədə bazar günü Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.

“Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb”, – o bildirib.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.