Tribuna İnformasiya Agentliyi

Gürcüstan prezidentinin kürəkəni tutuldu

06 Dekabr

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri və onun yaxın dostu Tbilisidə həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılıblar.

Virtualaz.org “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, xüsusi əməliyyat dünən gecə saatlarında Qoqoçurinin mənzil kirayələdiyi binada keçirilib. İstintaq tədbirlərinin nəticəsində polis əməkdaşları odlu silah aşkarlayaraq götürüblər.

Məlumata əsasən, Qoqoçuri və dostu silahı əməliyyatdan az əvvəl pəncərədən küçəyə atıblar.

Mindiya Qoqoçuri prezident Marqvelaşvilinin ögey qızı – birinci xanım, 47 yaşlı Maka Çiçuanın birinci evliliyindən qızının nikahsız əridir. Qoqoçurinin adı ilə bir neçə kriminal hadisə bağlıdır. O, son iki il ərzində iki dəfə odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.