Gürcüstan Azərbaycanlıları Ruslan Hacıyevi 2020-ci il seçkilərində yenidən millət vəkili görmək istəyirbackend

Gürcüstan Azərbaycanlıları Ruslan Hacıyevi 2020-ci il seçkilərində yenidən millət vəkili görmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli rayonu sakinləri arasında sosial şəbəkə vasitəsiylə keçirilmiş rəy sorğusunda respondentlərin 53 fazi hazırda Gürcüstan Parlamentinin majoritar deputatı olan Ruslan Hacıyevi dəstəkləyib. Bu barədə faktlar sorğunu keçirildiyi facebook səifəsindən götürülüb.

Sosioloji sorğu zamanı iki namiəzd təqdim edilb. Bunlardan biri müxalifət Gürücstan Milli Hərakat Partiyasının proporsional deputatı olan Azər Süleymanov digəri isə, hakimiyyətdə olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Siyasi Partiyasının majoritar deputatı Ruslan Hacıyev olub. Səsvermədə 4648 respondent iştirak edib.

 

Onlayn səsvermədə 2443 şəxs Ruslan Haciyevə səs verib, 2205 şəxs isə müxalifətçi, Azər Süleymanovu dəstəkləyib. Onlayn səsvermə nəticəsində məlum olub ki, respondetlərin 53 % Ruslan Haciyevi, 47 % isə müxalifətçi deputat Azər Süleymanovu dəstəkləyib. Son nəticə olaraq qeyd etmək olar ki, Marneuli rayon sakiləri Ruslan Haciyevi 2020-ci il seçkilərində yenidən Gürcüstan Parlamentində öz millət vəkilləri kimi görmək niyyətindədirlər.

Digər tərəfdən Ruslan Hacıyevi dəstəkləyən respondentlərin milli tərkibi də çox maraq doğurur. Səsvermə zamanı Marneuli rayonun yaşayan əsas əhali olan azərbaycanlılarla yanaşı gürcülər, yunanlar, ruslar və ukraynalılar Ruslan Hacıyevi onlayn səsvermə zamanı dəstəkləyiblər.Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda əhalinin etnik tərkibi belədir 83.8 % azərbaycanlılar, 8.6 % gürcülər, 7.0 % ermənilər, 0.5 % ruslar, 0.1 % yunanlar və digər millətlərin nümayəndələri təşkil edir.

Həmçinin Gürcüstan Dövlət Statistika Milli Agentliyinin rəsmi məlumatına görə Marneuli inzibati ərazisində 98.245 azərbaycanlı, 9500 gürcü, 9330 erməni, 523 rus, 54 ukraynalı, 406 yunan, 31 abxaz, 52 osetin, 44 assuriyalı, 56 kürd və dgər millətlərin nümayəndələri yaşayır.

TİA.AZ