Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİbackend

Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 1-dən etibarən müntəzəm aviareysləri bərpa etməyi planlaşdıran Gürcüstan yaxın zamanda quru sərhədlərini açmağı düşünmür.

TİA.AZ xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur və regional inkişaf naziri Maya Tsikitişvili “Birinci kanal”ın efirində deyib.

Nazir qeyd edib ki, qonşu ölkələrdə koronavirusun yayılma dinamikası yüksək olaraq qalır.

“Gürcüstanla müqayisədə bu rəqəm çox olduğna görə, rəsmi Tiflis sərhədləri açmamağı qərara alıb. Quru sərhədlərin açılması ölkəyə yeni virus daşıyıcılarının gəlməsinə səbəb ola bilər”, – deyə Tsikitişvili bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Gürcüstan hökuməti müntəzəm aviareysləri bərpa etmək qərarı alıb. Xatırladaq ki, ötən ildən etibarən koronavirus pandemiysı səbəbindən Azərbaycanla Gürcüstanın quru sərhəddi bağlıdır. Hər iki ölkədə qalan vətəndaşlar xüsusi dəhliz vasitəsilə təxliyyə olunur.