Gürcülər ayağa qalxdı, Tiflisə gələn ermənipərəst Pozner ölkədən qovuldu (VİDEO)backend

Gürcülər ayağa qalxdı, Tiflisə gələn ermənipərəst Pozner ölkədən qovuldu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Jurnalist Vladimir Pozner səfərindən sonra ölkədə baş verən etirazlar fonunda Gürcüstanı tərk etməyə məcbur olub.
TİA.AZ xəbər verir ki, bu haqda məlumatı Gürcüstanın “Birinci kanal”ı yayıb. Telekanalın məlumatına görə, Pozner və ətrafındakılar Tbilisi hava limanından uçublar. Bu barədə “Ambebi” portalı da məlumat verib.
Dünən gecə Poznerin səfəri ilə əlaqədar olaraq Gürcüstanda etiraz aksiyaları keçirilib. Nümayişlərdən biri jurnalistin qaldığı otelin qarşısında keçirilib. Etirazçılar polislə toqquşub və otel binası yumurta atəşinə tutulub.
Pozner və qonaqlarının qaldığı otelin özü isə koronavirus pandemiyası ilə əlaqədar qoyulmuş məhdudiyyətləri pozduğuna görə 10 min lari pul cəzası alıb. “Rustavi 2” xəbər verir ki, polis jurnalistin və yoldaşlarının da cərimələnəcəyini söyləyib.
Bundan sonra Pozner başqa bir otelə köçməyə məcbur olub, lakin etirazçılar bu dəfə həmin otelin ətrafına toplanşıblar. “İnterPress” xəbər verir ki, onlar gecəni otelin kənarında qalmaq və etiraz aksiyasını sabah davam etdirmək niyyətində olduqlarını söyləyiblər. “Dağılışmağı planlaşdırmırıq və Abxaziyanı Gürcüstanın bir hissəsi hesab etməyənlər ölkəmizi tərk edənə qədər burada olacağıq. Davamlı hərəkətlər olacaq”, – deyə müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Zaal Udumaşvili bildirib. Tiflisdən əlavə Batumidə də etiraz aksiyaları keçirilib.
Millət vəkili Yelena Xoştariya və “Gürcüstan üçün Lelo” partiyasının üzvü Qriqol Hegeliya Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə əlaqədar jurnalistin mövqeyinə görə ölkəyə səfərinin qəbuledilməz olduğunu bildirib. 2017-ci ildə Pozner deyib ki, onun fikrincə, Abxaziya sakinləri Gürcüstanın bir hissəsi olmaq istəmirlər. “Əlbəttə ki, bu, elmi araşdırma olmasa da, məndə elə bir hiss var idi ki, ümumilikdə abxazlar Gürcüstanın bir hissəsi olmaq istəmirdilər”, – jurnalist deyib.
Xatıaladaq ki, 2019-cu ildə ABŞ-ın Kaliforniya ştatında universitetlərdən birində mühazirə ilə çıxış edən tanınmış ekspert, ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə azərbaycanlıların qəzəbinə səbəb olmuşdu. O, Qarabağın Ermənistanın olduğunu demişdi.