Gürcü qanuni oğru Sinkar məhkəmədə dediyi sözə görə tacdan məhrum oldubackend

Gürcü qanuni oğru Sinkar məhkəmədə dediyi sözə görə tacdan məhrum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Trabzon şəhərində kriminal avtoritetlərinin “sxodka”sı keçirilib və burada Sinkar kimi tanınan Georgi Poladişvili qanuni oğru titulunu dandığına görə “rütbəsi” aşağı salınıb.
Qaynarinfo xəbər verir ki, bu haqda “Praym Kraym” məlumat verib.
“Sxodka”ya səbəb Fransada olan gürcü oğru Nodar Qamisoniyanın məhkəmədə Sinkarın öz titulundan imtina etdiyini söyləməsi olub.
15 il Sinkar Fransa və İtaliyada fəaliyyət göstərən gürcü mafiya strukturlarının üzvü olub; bir çox yerli cinayət başçıları, o cümlədən Gürcüstandan gələn mühacirlər onlarla tanış olub. Məhkəmə zamanı Poladişvilinin davranışından hamı xəbər tutub. Sinkarın özü 2013-cü ildə Romada keçirilən “sxodka” zamanı tac alıb, lakin indi onu “sıradan çıxarıblar”.
Sinkar həmkarlarının ittihamlarına susaraq cavab verib. İndi özünü qanuni oğru adlandıra bilməyəcək və belə hallarda məlum olduğu kimi, öz bildiyi kimi hərəkət edərsə, onu elə özünkülər cəzalandırıla bilər.