Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi – SƏNƏDbackend

Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi – SƏNƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralova bu ölkədə cinayət işi başlayıb.

Gununsesi.org-un bu haqda xəbəri ictimailəşəndən sonra Tahir Qaralov xəbəri olayı təkzib etməyə çalışsa da ona açılan cinayət işinin nömrəsi və müstəntiqin adı açıqlandı.

Bu gün isə Gununsesi.org Tiflis polisinin Tahir Qaralovdan şikayətçi olan Emil Ocaqquliyevə təqdim etdiyi rəsmi bildirişi əldə edib. Gürcü dilindən tərcümə olunan bildirişdə yazılır:

“Bildiriş Emil Ocaxquliyevə verilir (doğum: 25-07-1985 Ş/n 01025017600) 14 may 2020-ci il tarixində Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo şöbəsinin 7-ci bölməsində Emil Ocaxquliyevin ona qarşı edilən təhdid faktı ilə bağlı verdiyi ifadəyə əsaslanan №007200520004 cinayət işi üzrə istintaqa başlamışdır. N0072200520004 cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi ilə araşdırılır. Tbilisi şəhəri Polis İdarəsinin Vake-Saburtalo şöbəsinin 7-ci Polis bölməsi (Pekin prospekti №46) Şöbə müdirinin müavini Kavsadze Qiorqi”