Tribuna İnformasiya Agentliyi

Gürcü avtoritet Şakira və Pikenin evini qarət etdi

10 Sentyabr
Barselona polisi kolumbiyalı müğənni Şakira və futbolçu Jerar Pikenin evini qarət edən gürcü əsilli kriminal avtoritet, “Qoqita” ləqəbli Qoçu Maisuradzeni yaxalayıb.
“Sputnik Gürcüstan”-ın verdiyi xəbərə görə, ona qarşı kriminal qruplaşmaya rəhbərlik etmə və qarət maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Şakira və Pikenin evi iyunun 6-da qarət edilib.
Yerli mətbuatın məlumatına görə, Qoqita evlərin qarəti ilə məşğul olan müxtəlif kriminal qruplaşmalara rəhbərlik edib.(oxu.az)